Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:10

Donald Trump İsrail-Fələstin danışıqlarında vasitəçiliyə hazır olduğunu deyir


Donald Trump və Mahmud Abbas

ABŞ prezidenti Donald Trum Ağ evdə Fələstin prezidenti Mahmud Abbası qəbul edib.

Amerikanın səsi radiosunun məlumatına görə, görüşdə Yaxın Şərq sülh prosesi ilə bağlı danışıqların bərpası müzakirə olunub.

ABŞ prezidenti İsrail-Fələstin danışıqlarında vasitəçi olmağa hazır olduğunu bildirib.

Mahmud Abbas isə görüşdən sonar keçirilən mətbuat konfransında tərəflərin “tarixi sülh razılaşması” əldə etməyə qadir olmalarına əminlik bildirib.

Qeyd edək ki, radikal Fələstin qrupu olan HƏMAS ötən bazar ertəsi İsrailə qarşı daha yumşaq mövqedə olan siyasi proqramını elan edib.

Hazırda Qəzzə bölməsi bu qrupun nəzarətindədir.

HƏMAS bu sənəddə 1967-ci il sərhədləri ilə müstəqil Fələstin dövləti yaratmağa və Fələstin qaçqınlarının İsrail ərazilərindəki ev-eşiklərinə dönməsinə çağırır.

İsrail hökuməti isə HƏMAS-ın bu siyasi proqramını beynəlxalq aləmi “ələ salmaq” cəhdi kimi qiymətləndirib.

Donald Trump-un mayın sonunda İsrailə səfəri nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG