Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 21:54

Daha bir cəbhəçinin işdən çıxarıldığı deyilir


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir üzvünün işdən çıxarıldığı bildirilir.

Bu haqda partiya sədrinin müavinlərindən Gözəl Bayramlı məlumat verib.

Onun bildirdiyinə görə, partiyanın Xətai rayon şöbəsinin fəallarından olan Elxan Nuriyev çalışdığı “Azərsu” Açıq Səhmdar Cəmiyyətində işdən çıxarılıb.

Buna da bax:​ AXCP Avropa Məhkəməsinə müraciət edəcək

G.Bayramlı bildirib ki, onu işdən AXCP-dən istefa verməkdən imtina etdiyindən uzaqlaşdırıblar.

Ancaq bu deyilənlərə, hələlik, “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən münasibət almaq mümkün olmayıb.

Son günlər AXCP üzvlərinin işdən çıxarılması ilə bağlı bir çox xəbərlər yayılıb.

Masallı rayonunun Hişkədərə kənd orta məktəbinin tarix müəllimi Cəlil İmanov da məhz partiya mənsubiyyəti səbəbindən işdən uzaqlaşdırıldığını deyirdi. Onun özü AzadlıqRadiosu-na açıqlamasında bildirmişdi ki, işdən çıxarılmağımın əsas səbəbi siyasi baxışları və AXCP üzvü olmasıdır.

Buna da bax: Mühacirlərə qanunsuz sənəd verənlər kimlərdir?

Halbuki, həmin rayonun təhsil şöbəsindən isə demişdilər ki, cəbhəçi müəllim intizamı pozduğu, sinif rəhbəri kimi funksiyalarını yerinə yetirmədiyinə görə işdən uzaqlaşdırılıb. Üstəlik, o qanunsuz yerdəyişmə ilə doğulduğu kənddə işə girib.

Başqa oxşar bir olay isə Neftçala rayonunda baş vermişdi. AXCP Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədli işlədiyi Mayak kənd orta məktəbindən, onun xanımı isə 3 saylı orta məktəbdən çıxarılmışdı.

Neftçala rayon təhsil şöbəsi, onları iltizami pozmaqda və hakimiyyət əleyhinə danışmaqda günahlandırmışdı.

Buna da bax:​ İcazəli mitinqə də getmək olmaz? [video]

AXCP isə bu halları Milli Şuranın 8 aprel aksiyasından sonra hakimiyyətin onlardan qisas alması kimi dəyərləndirir.

Həmin aksiyada, “talana və monarxiyaya son” kimi şüarlar səslənmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG