Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 18:15

AXCP Avropa Məhkəməsinə müraciət edəcək


AXCP-çilər məhkəmənin qarşısında

Aprelin 25-də Ali Məhkəmədə AXCP-nin qeydiyyatından imtina ilə əlaqədar partiyanın Ədliyyə Nazirliyinə qarşı iddiası üzrə kassasiya şikayətinə baxılıb.

Aşağı instansiya məhkəmələri AXCP-nin iddiasını təmin etmədiyindən Ali Məhkəməyə də partiya şikayət verib.

Məhkəmədə AXCP-ni hüquqşünas Səməd Rəhimli və vəkil Fəxrəddin Mehdiyev təmsil etsə də, cavabdeh tərəf olan Ədliyyə Nazirliyindən heç kim gəlməyib.

Buna da bax:​ Əli Kərimli: 'Bu işdə biz zərərçəkənik'

HANSI TƏRƏFİN SƏLAHİYYƏTLİ OLMASI ARAŞDIRILMAYIB

AXCP-nin nümayəndələri bildirib ki, partiya 2015-ci ilin sentyabrında növbəti qurultayını keçirib, rəhbər orqanları formalaşdırılıb, sədri seçilib. Amma Ədliyyə Nazirliyi qurultayın nəticələrini qeydə almaqdan imtina edib. Əsas kimi isə müraciətin qanunvericiliyə uyğun hazırlanmaması, həmçinin Razi Nurullayev tərəfindən də analoji müraciətin olunması göstərilib.

Fəxrəddin Mehdiyev və Səməd Rəhimli
Fəxrəddin Mehdiyev və Səməd Rəhimli

Səməd Rəhimli bildirib ki, Ədliyyə Nazirliyi müraciət edənlərdən hansı tərəfin səlahiyyətli olmasını araşdırmayıb: "Digər tərəfdən, ‘müraciətin qanunvericiliyə uyğun hazırlanmaması’ cavabı ümumi ifadədir. Uyğunsuzluğun nədən ibarət olduğu göstərilməyib".

Buna da bax: Gözəl Bayramlı 5 saatdan çox prokurorluqda dindirilib [yenilənib]

Səməd Rəhimlinin sözlərinə görə, aşağı instansiya məhkəmələri də araşdırma aparmadan qərar çıxarıblar və qərarlarını da əsaslandırmayıblar.

Ali Məhkəmədə Rahib Nəbizadənin sədrlik etdiyi hakimlər kollegiyası da qısa müşavirədən sonra kassasiya şikayətinin təmin olunmadığını açıqlayıb.

Səməd Rəhimli AzadlıqRadiosu-na bildirib ki, AXCP səlahiyyətliləri ilə məsləhətləşmələrdən sonra Avropa Məhkəməsinə müraciət olunacaq.

Buna da bax:​ AXCP-nin nazirlikdən şikayəti rədd olunub

XATIRLATMA

2015-ci il sentyabrın 27-də AXCP-nin qurultayı keçirilib. Açıq səsvermə ilə Əli Kərimli sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsindən ötrü sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib.

Buna səbəb kimi eyni adlı başqa bir partiyanın yaradılması göstərilib.

İki il öncə AXCP üzvü Razi Nurullayev bu partiyadan ayrılaraq eyni adlı siyasi qüvvənin əsasını qoyub. Buna qədər o, AXCP sədrinin müavini kimi fəaliyyət göstərib.

Buna da bax:​ S.Novruzov: «AXCP qurultayında saxtakarlıq olub»

AXCP rəhbərliyi bəyan edib ki, Razi Nurullayev hakimiyyətin sifarişi ilə partiyanı parçalamaq niyyəti güdüb. Ancaq bu cəhdlər tam uğursuzluqla nəticələnib. Razi Nurullayev isə belə ittihamları böhtan sayır. Onun deməsinə görə, partiyanın gerçək üzvləri onun ətrafında birləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG