Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 07:22

“Futbola olan dövlət qayğısı nəticəsində ictimaiyyətin bu idman növünə marağı artıb. Futbol ən kütləvi və çox sevilən idman növünə çevrilib. AZAL Peşəkar Futbol Klubu da Azərbaycan futbolunun inkişafına xidmət edib”.

AZAL Peşəkar Futbol Klubunun ləğv edilməsi ilə bağlı onun yaydığı bəyanat bu cümlələrlə başlayır.

Buna da bax:​ Azərbaycan futbolunun "oliqarxiologiyası"

Bəyanatda bildirilir ki, son zamanlar Azərbaycanda futbolun sürətli inkişafı, komandalar arasında rəqabətin güclənməsi AZAL-ın səmərəli idarəetməsinin həyata keçirilməsini və kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarıb.

“Bu tələbləri nəzərə alaraq, klub rəhbərliyi sponsor və tərəfdaşlarla məsləhətləşmələr aparıb. Belə bir qərara gəlinib ki, Bakı ətrafı qəsəbələr üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli klub ilə təmsil olunmaq məqsədilə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə” Futbol Klubuna dəstək olmaq daha məqsədə uyğundur”.

Qərara əsasən, “AZAL” fəaliyyətini dayandıraraq mövcud maddi-texniki təminatı və infrastrukturu ilə “Zirə” Futbol Klubuna dəstək olacaq.

Buna da bax: Azərbaycan futbolunda kim-kimdir?

Xatırlatma

Bu klubun tarixi 1996-ci ildən başlayır. Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi") futbol üzrə həvəskarlar liqasında çıxış edib.

2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib. Həmin ildə 17 yaşlılardan ibarət milli komandanın bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. AMMK mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanıb.

Buna da bax:​ «Bakıda ancaq varlıların uşaqları futbol oynayır»

2005-ci ilin avqust ayında klub adını dəyişərək "Olimpik" adlanıb. Bu klub 2007/2008-ci il mövsümündə çempionluğu son turda əldən verib və ikincilik ilə kifayətlənib.

2009-2010-cu il mövsümündən etibarən klub "Olimpik-Şüvəlan P.F.K.-Bakı" adını götürüb. Bundan sonra da AZAL adı ilə əvəzlənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG