Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:30

‘Ümid-Babək’ blokunu SOCAR işləyəcək.


SOCAR-ARDNŞ

Milli Məclis mayın 2-də Xəzərin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun işlənməsi haqqında sazişi təsdiqləyib.

Saziş Dövlət Neft Şirkəti (SOCAR) ilə “SOCAR Umid Oil and Gas Limited” şirkəti arasında bağlanıb.

Deputatlar həmçinin, Risk Xidmət Sazişinə əlavə olunmuş “SOCAR Umid Oil and Gas Limited” şirkəti ilə “Umid, Babək Eksploreyşn end Prodakşn” şirkəti arasında müqavilənin təsdiqlənməsini nəzərdə tutan qanun layihəsinə də “hə” deyiblər.

Buna da bax:​ İlham Əliyev: 'Xaricdən Azərbaycana axın başlayacaq'

Qanun Xəzərin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun işlənməsinə icazə verir.

Xatırlatma

“Ümid” yatağı ilk dəfə 1953-cü ildə aşkar olunub. Həmin yataqda kəşfiyyat işlərinin bərpasına isə 2008-ci ildə qərar verilib. Yataq üzrə hasilata 2012-ci ildən başlanıb. İndiyədək “Ümid”dən 1 milyard 314 milyon kubmetr təbii qaz, 217 min 700 ton kondensat hasil edildiyi bildirilir.

İlkin hesablamalara görə, yataq ümumilikdə 2 milyard kubmetr təbii qaz, 40 milyon ton kondensat ehtiyatına malikdir.

Buna da bax: Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]

“Babək” perspektiv strukturu isə 1954-cü ildə aşkar olunub. 1987-ci ildə strukturda seysmik kəşfiyyat işləri aparılıb. Mütəxəssislər hesab edir ki, strukturda “Ümid” qaz kondensat yatağı ilə hidrodinamik əlaqədə olan qaz kondensat yatağı aşkar oluna bilər.

Hökumət “Ümid-Babək” blokunda SOCAR-ın işləməsinə qərar verib. Ölkə başçısı ötən ilin mayında SOCAR-a “Ümid” yatağı, “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında Risk Xidmət Sazişini hazırlamaq, onu imzalamaq səlahiyyəti vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG