Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 09:17

İlham Əliyev: 'Xaricdən Azərbaycana axın başlayacaq'


İ.Əliyev SOCAR-ın Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında. 1 may 2017

«Neft bizim üçün məqsəd deyil, vasitədir. Biz neftin hesabına ölkəmizi gücləndirməliyik, inkişaf etdirməliyik, neftdən əldə olunan gəliri insan kapitalına sərmayə kimi qoymalıyıq. Biz bu gün bunu əyani şəkildə görürük».

Mayın 1-də SOCAR-ın Bakı Ali Neft Məktəbinin Bibiheybət qəsəbəsində inşa olunmuş şəhərciyinin açılışına qatılan prezident İlham Əliyev mərasimdəki çıxışında belə deyib.

Prezident bildirib ki, neft məktəbinin yaradılmasının özü Azərbaycanın «qara qızıl»ı insan kapitalına sərmayə kimi qoymasının göstəricisidir. O vurğulayıb ki, Azərbaycanın uğurlu neft siyasəti bütün sahələrə öz müsbət təsirini göstərib: «Biz neftdən əldə olunan gəlirlərdən çox səmərəli şəkildə istifadə etdik. Ölkəmizi gücləndirdik, yeni infrastruktur yaratdıq, bütün şəhərlərimiz abadlaşdı, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrildi. Bütün bölgələrdə quruculuq-abadlıq işləri uğurla gedir. Bu gün Azərbaycan iqtisadiyyatı daha çox qeyri-neft sektoru hesabına inkişaf edir. Əgər son illərin statistikasına nəzər salsaq görərik ki, bu gün Azərbaycan iqtisadiyyatının əsas təkanverici qüvvəsi qeyri-neft sektorudur».

Bakı Ali Neft Məktəbi
Bakı Ali Neft Məktəbi

«BURADA YARADILMIŞ ŞƏRAİT İNANMIRAM Kİ ...»

İ.Əliyev Azərbaycanda tədris prosesinin təkmilləşməkdə olmasından da danışıb. «Biz vaxtilə gənclərimizi xaricə göndərirdik. Biz bu məqsədlər üçün bəlkə də 100 milyonlarla dollar vəsait xərclədik. Yəni, bu, insan kapitalına qoyulan vəsaitdir. Ancaq sonra mən dedim ki, əlbəttə, bu proses davam etdirilməlidir. Eyni zamanda, biz Azərbaycanda müasir təhsil kompleksləri yaradaraq elə etməliyik ki, gənclər burada qalsınlar. Bax, bu gün biz bunu görürük. Bu məktəbdə Azərbaycan gəncləri oxuyur və yüksək biliklərə nail olur. Eyni zamanda, tam əminəm ki, yaxın gələcəkdə xaricdən də buraya çox böyük axın başlayacaq. Çünki burada yaradılmış şərait inanmıram ki, hər hansı bir başqa yerdə olsun», - prezident əlavə edib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG