Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 07:17

ABŞ-dan Avropaya terror xəbərdarlığı


ABŞ Dövlət Departamenti

Mayın 1-də ABŞ Dövlət Departamenti Avropa üçün səyahət xəbərdarlığını yeniləyib, ABŞ vətəndaşlarını bu qitədə terror hücumları təhlükəsinin qalmasından agah olmağa çağırıb.

Departament xəbərdarlıqda Fransa, Rusiya, İsveç və Böyük Britaniyada son insidentləri yada salır. «İslam Dövləti» (İŞİD) və «əl-Qaidə» silahlı qruplaşmalarının Avropada terror hücumları planlaşdırmaq və gerçəkləşdirmək qabiliyyəti olduğunu vurğulayıb.

Avropayla bağlı daha öncəki səyahət xəbərdarlığı qış tətillərindən qabaq verilmişdi və vaxtı fevralda bitmişdi. Departament rəsmisinin sözlərinə görə, son xəbərdarlıq hansısa spesifik təhlükəylə bağlı deyil, özəlliklə yay tətillərindən əvvəl hücum riskinin qaldığını anladır.

Dövlət Departamenti bildirir ki, ticarət mərkəzləri, hökumət binaları, otellər, klublar, restoranlar, ibadət yerləri, parklar, aeroportlar və digər məkanlar mümkün hücum hədəfləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG