Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 08:12

Atəşkəslə bağlı 30 aprel açıqlaması


Dağlıq Qarabağda erməni ordusunun əsgəri.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub.

Ermənistanın İcevan, Noyemberyan, Berd və Krasnoselsk rayonlarından Azərbaycanın Qazax, Tovuz və Gədəbəy rayonlarındakı mövqelərinin atəşə tutulduğu bildirilir.

Buna da bax:​ Hakimiyyət Solovyovun açıqlamaları haqda niyə susur?

Nazirlik bildirir ki, işğal altında olan Ağdam rayonunun Nəmirli, Şuraabad, Şirvanlı, Baş Qərvənd, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Buna da bax: Rusiya-ABŞ gərginliyinin Azərbaycana təsirləri [video]

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham etməkdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG