Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 08:17

Azərbaycan-Niderland siyasi məsləhətləşmələri keçiriləcək


Niderland bayrağı

Bu il Azərbaycan və Niderland arasında siyasi məsləhətləşmələr olacaq.

Bunu bu gün, aprelin 28-i keçirdiyi mətbuat konfransında Niderlandın Azərbaycandakı səfiri Onno Kervers bildirib.

O, iki ölkə arasında əməkdaşlığın inkişafından ötrü böyük potensialın olduğunu vurğulayıb.

O. Kervers diqqəti ona yönəldib ki, Niderland ikinci böyük qida məhsulları ixracatçısıdır və dünyada ən inkişaf etmiş kənd təsərrüfatı sektorundan birinə malikdir.

Buna da bax:​ AŞPA-da İlqar Məmmədov müzakirələri

Onun fikrincə, bu fakt iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı Azərbaycanın niyyətinə uyğundur. Bu da kənd təsərrüfatının inkişaf amillərindən biridir.

Səfir bildirib ki, Niderland şirkətləri mayın 17-dən 19-na kimi Bakıda keçiriləcək kənd təsərrüfatı sərgisində iştirak edəcəklər.

Bundan əlavə, Niderland şirkətləri energetika, ekologiya, gəmidüzəltmə, limanların inşası, su resurslarının idarə edilməsi, neft-kimya sənayesi, logistika və təhsil sahələrində Azərbaycan müəssisələri ilə əməkdaşlığa hazırdır.

Buna da bax: Azərbaycan-Türkiyə hərbi əlaqələri müzakirə edilib

Səfir bu ilin ikinci yarısında Azərbaycan və Niderland arasında siyasi məsləhətləşmələrin planlaşdırıldığını bildirib. O əlavə edib ki, çoxdandır ki, heç bir məsləhətləşmə keçirilməyib.

Tərəflər Haaqada keçiriləcək məsləhətləşmələrin məqbul tarixinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG