Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 05:45

Cəlilabadlı jurnalistin məhkəməsi - işdə yeni məqamlar


Təcili yardım (arxiv fotosu)

İcra Hakimiyyəti zərərçəkəni "təcili yardım apardı", xəstəxana isə "özü gəldi" deyir.

Bu gün, aprelin 27-də Şirvan Apellyasiya Məhkəməsində jurnalist Əfqan Sadıqovun şikayətinə baxılması davam edib.

Prosesdə Cəlilabad rayon İcra Hakimiyyətindən (İH) göndərilən cavablar məhkəməyə təqdim edilib.

Buna da bax:​ Jurnalist məhkəməsində şərləndiyini açıqlayıb

Jurnalistin vəkili Elçin Sadıqovun AzadlıqRadiosuna bildirdiyinə görə, cavablarda göstərilib ki, insident günü İH-də qeyd aparılmayıb. Bundan başqa icra başçısının qəbul otağında müşahidə kamerasının olmadığı da cavablarda əks olunub.

Bundan əvvəlki prosesdə məhkəmə jurnalistlə iş üzrə zərərçəkən arasında insidentə aydınlıq gətirilməsi baxımından yuxarıda sözü gedən bilgiləri istəmişdi.

Elçin Sadıqovun sözlərinə görə, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasından da məhkəməyə cavab daxil olub. Cavabda deyilir ki, rayon icra hakimiyyətindən “təcili yardım ”a çağırış saat 11.58-də olub. Halbuki, icra hakimiyyətinin aktında göstərilir ki, “təcili yardım” jurnalistin zərər yetirdiyi iddia olunan şəxsi saat 10.30-da xəstəxanaya aparıb.

Buna da bax: Həbsdəki jurnalistin başında ağrılar var

Xəstəxana həmçinin, zərərçəkənin daxil olma vaxtını 15.30 kimi göstərib. Üstəlik qeyd edib ki, o, xəstəxanaya özü gedib.

“Burda görünür ki, təxribat olub, bunun məqsədi isə jurnalisti həbs etdirmək olub. Bütün sənədlər saxtalaşdırılıb”, vəkil bildirib.

İş üzrə növbəti iclas mayın 11-nə təyin edilib.

XATIRLATMA

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov ötən il noyabrın 22-də saxlanmışdı. Ona CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Buna da bax:​ Həbsdəki jurnalistə böhtana görə də cəza verilməsi istənilir

İttiham elə icra hakimiyyətinin xanım işçilərindən biri ilə bağlı idi. İddia edilirdi ki, ötən ilin avqustunda jurnalistlə həmin xanım arasında insident baş verib. Jurnalistin xanıma yönəlik xuliqanlıq əməlinə yol verdiyi, ona xəsarət yetirdiyi iddia olunur.

Rayon məhkəməsindəki proses zamanı jurnalist və onun müdafiəçiləri ittihamın qurama olduğunu açıqlamışdılar. Məhkəmə prosesi zamanı insidentin baş verdiyi icra hakimiyyəti binasındakı müşahidə kameralarının görüntüləri də istənilmişdi. Ancaq məhkəmə bunu təmin etməmişdi.

Buna da bax:​ Jurnalistin son sözündən: 'Peşmanam. Ona görə ki...'

Cəlilabad rayon Məhkəməsi ittihamı təsdiqləmiş, yanvarın 12-də Ə.Sadıqovu 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Ə.Sadıqovun adı hüquq müdafiəçilərinin tərtib etdiyi «siyasi məhbus» siyahısına daxil edilib.

İndiyədək Cəlilabad rayon İcra Hakimiyyəti insidentlə bağlı hər hansı açıqlama verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG