Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 18:22

Həbsdəki jurnalistin başında ağrılar var


Həbsxana

«Həbsdəki jurnalist Əfqan Sadıqovun səhhətində problemlər var».

Bu haqda martın 30-u Şüvəlandakı 3 saylı təcridxanada jurnalistlə görüşən vəkili Elçin Sadıqov bildirib.

«Səhhətində ciddi problemləri var. Əsasən baş nahiyəsində və mədəsində ciddi ağrıları var», vəkil deyib.

Onun bildirdiyinə görə, saxlama kameralarında qanunvericiliklə müəyyən edilmiş normativlərə də əməl olunmur.

«Əfqan Sadıqovun kamerasında sıxlıqdır. Kamera 8 nəfərlikdir. Ancaq orda hazırda 11 nəfər saxlanılır», - deyən vəkil həm saxlanma şəraiti, həm də jurnalistin səhhəti ilə bağlı gərəkli hüquqi addımların atılacağını bildirib.

Vəkilin bu iradlarına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov ötən il noyabrın 22-də saxlanmışdı. Ona CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

İttiham elə icra hakimiyyətinin xanım işçilərindən biri ilə bağlı idi. İddia edilirdi ki, ötən ilin avqustunda jurnalistlə həmin xanım arasında insident baş verib. Jurnalistin xanıma yönəlik xuliqanlıq əməlinə yol verdiyi, ona xəsarət yetirdiyi iddia olunur.

Məhkəmə prosesi zamanı jurnalist və onun müdafiəçiləri ittihamın qurama olduğunu açıqlamışdılar. Məhkəmə prosesi zamanı insidentin baş verdiyi icra hakimiyyəti binasındakı müşahidə kameralarının görüntüləri də istənilmişdi. Ancaq məhkəmə bunu təmin etməmişdi.

Cəlilabad rayon Məhkəməsi ittihamı təsdiqləmiş, yanvarın 12-də Ə.Sadıqovu 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Ə.Sadıqovun adı hüquq müdafiəçilərinin tərtib etdiyi «siyasi məhbus» siyahısına daxil edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG