Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:33

Navalny indi də Putini korrupsiyada günahlandırır


Zenit-Arena

Sankt-Peterburqdakı “Zenit-Arena” nın tikintisi zamanıazı 30 milyard rubl (təxminən 526 milyon ABŞ dolları) oğurlanıb.

AzadlıqRadiosu Rusiya xidmətinin məlumatına görə, bunu Korrupsiya ilə mübarizə fondunun banisi Aleksei Navalny deyir.

Məlumata görə stadionun tikintisi ümumilkdə təxminən 50 milyard rubla başa gəlib.

Navalny-nın sözlərinə görə arenanın tikintisinə şəxsən prezident Vladimir Putin nəzarət edib.

Navalny bildirib ki, fondun, dövlət müqavilələri bağlanarkən pozuntulara yol verilməsi ilə bağlı dəfələrlə Federal antimonopoliya xidmətinə müraciətlərinə baxmayaraq hakimiyyət heç bir tədbir görməyib.

İlkin olaraq 7 milyard rubl civarında qiymətləndirilən vətikintisinə 2007-ci ildən başlanılan “Zenit-Arena” ötən həftə istifadəyə verilib.

Stadionda keçirilən ilk oyunda futbolçular meydanın pisliyindən gileylənib, stadionun damı isə damırmış.

Buna da bax: Medvedev Navalny-nın videosuna ilk dəfə reaksiya verdi (Video)

Günün bütün mövzuları

XS
SM
MD
LG