Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 01:52

Küləyə görə 204 neftçi təxliyə olunub


Xəzər dənizi qazma qurğusu (arxiv fotosu)

Güclü külək üzündən Xəzər dənizindəki özüllərdə çalışan neftçilərin təxliyə edilməsinə başlanıb.

Bu haqda SOCAR-ın “Azneft” İstehsalat Birliyinin məlumatında bildirilir.

Birlikdən verilən məlumata görə, hazırda özüllərdəki bəzi işçilərin çıxarılması həyata keçirilib. Ümumilikdə 204 neftçinin təxliyə edildiyi vurğulanır.

“Müxtəlif sahələrdən ümumilikdə 204 nəfər işçi təxliyə olunub. Hava şəraitindən asılı olaraq estakada və meydançalarda hərəkət məhdudlaşdırılacaq. Vacib olmayan işçilər yaşayış məntəqəsinə təxliyə olunacaq. Hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir”, - deyə birliyin məlumatında bildirilir.

Buna da bax:​ Hüquq müdafiəçisi: 'Xəzərdə yeni qəzalar ola bilər'

Bu gün, aprelin 24-ü və 25-də açıq dənizdə küləyin sürətinin 34 metr/saniyə qədər artacağı gözlənilir. Belə durumlarda dalğaların hündürlüyü 3-5 metr, bəzən 5-7 metrə çatır.

“Azneft” İB təhlükəsizliklə bağlı bütün sahələrdə maarifləndirmə işlərinin aparıldığını, təhlükəli işlərin məhdudlaşdırılması barədə tapşırıqların verildiyini bildirir.

Son illər güclü külək üzündən Xəzərdə Azərbaycan neftçiləri bir neçə dəfə qəzaya düşüblər. Bu qəzalarda onlarla neftçi həlak olub.

Buna da bax: Xəzər yavaş-yavaş neftçilər məzarlığına çevrilir [video]

Belə hadisələrdən biri 2016-cı il dekabrın 15-də baş verib. Qasırğa Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin estakadasını uçurması nəticəsində 10 neftçi dənizə düşüb. Onlardan birinin həmin gün, 6-nın isə sonrakı günlər cəsədi tapılıb ailəsinə verilib. Digər neftçilər rəsmən, hələ də itkin sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG