Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:37

Bayramın röyaları


İranlı dissident rəssam Soudabeh Ardavanın əsəri.
İranlı dissident rəssam Soudabeh Ardavanın əsəri.

Elşən Böyükvənd

Bayramın Röyaları

Bu yazını Bayramın gündəliyini oxuyanda tapmışam. Az yaşlı uşaqlar, islamçılar və ağsaqqallar tərəfindən oxunması tövsiyə edilmir.

Tanrı insanı eybəcər yaradıbdır. İki qol, iki qıça nə gərək var idi axı? Nəyə yarayır bu qısa qollar, uzun qıçlar? Hansı düşüncəni, hankı sətirləri kağıza köçürüb bu əbədi kökəlib-arıqlamaq xəstəliyinə yoluxmuş adamlar, adam yox, qarınlar. Get-gedə dəyənəyə oxşayırlar. Əl ağacına çevrilməkdən ötrü can verirlər elə bil. Nədir bunlardaki bu baxımsızlıq, naköndəmlik? Heç bilmirəm-deyibən, yazırdı, yazır Bayram.

"İndi, bu qədər şair və yazıçı əlləri ilə yazmırlarmı?" - deyirsiniz, öz-özünüzə. Yox, əlləri ilə yazmırlar, hamısı dilləri ilə yazır. Yazıçı dili ilə yazar, əli ilə deyil. Əl sümük, ət və əsəb sistemindən başqa bir şey deyildir. Xəyalın gücü və dilin yaradıcılıq əzəməti qarşısında əl, qıç, ayaq, qol və lap başın kasası nədirki ? Sür-sümük və düşüncəsiz ət yığınından savayı. Şair dildən başqa bir şey deyil.

Buna da bax: E. Böyükvənd: 'İrandakı rasizmdən danışanda özümüzdəki Zəlimxanı da görək'

Ayaq, mədəni ölkələrdə yeriməyə və qeyri mədəni ölkələrdə isə təpik və soncuq atmağa, əl isə işləməyə və bir az da əlləməyə yarayır, yalnız və yalnız əlləməyə. Əl hər şeyə toxunurmu bəyəm? Onda bu YALNIZ sözünü böyüdün, qabardın, bir tablo çərçivəsinə salıb otağınızın divarından aslayın.

Əlbəttə, bir neçə ay bundan öncə hələlik kağız üzərinə köçürülməmiş üç böyük romanımı danan, paxıl, qarnıqurdlu yekəpər dəlləyin çənəsinə elə yumuruq ilişdirdim ki, saman torbası kimi yerə sərildi. Mənim yumuruğumun adı-sanı dillər əzbəridir. Şeirlərimdən çox yumuruğum, ayğırlığmla tanınıram. Axı, məni Göbələkstan ölkəsində otarıbdılar. Ulu çobanın çomağı başım üstə olub hər zaman. Çomağın başım üstündən əskik olmasın, umuram! Hələ də ulu çobanımız, bığı eşmə, s**i deşmə Məsud Rəcəvinin qapazları və sillələrinin dadı damağımda, başımdadır.

Onun ideoloji inqilabı, bütün evli qadınları ərlərindən boşatdırandan sonra siğə edib alması, uşaqları anaları və atalarından ayırıb g**lərini s**ə-s**ə partiyanın ideoloji dərslərini keçməsi, hər səhər çağı yuxularımızı yazdırtması, gecələr yuxuda boşalandan sonra səhər çağı spermalı şortumuzu başımıza keçirdib Əşrəf düşərgəsinin həyətində milli marşın səsi altında hərbi parad keçirməyə məcbur etməsinə necə də darıxmışam. Şair demişkən “ol qədər cövr et mənə, ah etmək imkan olmasın”.

Buna da bax: 'Ondan başqa kimsə bu sözləri desəydi əngi-başını əzərdim'

Ahhh, ürəyim çırpınmağa başladı yenə. Keşke mən, qıllı, yekəpər, uzunqulaq kişi yox, qadın olurdum. Elə gözəl, elə çəkici olurdum ki, ulu liderimiz məni bağırına basıb, yırtıcı şəhvəti ilə baldırlarımı qapıb, əzəldən-əbədə mənlə cütləşəydi. S**işməyəydi yalnız və yalnız cütləşirdi. Orasını orama tikəydi. Boşalması hey ləngiyəydi, o qədər ki, biz iç-içə yeriyib, iç-içə yatıb, iç-içə yaşayıb, iç-içə ölürdük. Əlbəttə, o, mənim içimə boşaydı indi məndə Xalq Mücahidləri təşkilatınınlideri olmuşdum. Eynən Məryəm Rəcəvi kimi. Heyif ki, bütün diləklərim ürəyimdə qaldı, ürəyimdə basdırıldı hər zaman. Umsuq qalmaq mənim taleyimin ayrılmaz parçasıdır.

Arzular kərpicini üst-üstə düzə-düzə böydüm. Boyumun ucalığı, qarnımın yoğunluğu bundandır. Tanrı isə, çox xəsis imiş. Yanğıdan əldən düşən arzuların közünü ürəyimə yapışdırıb, amma, məni bu əllər və ayaqlarımdan məhrum etmir. Keşke məni ürəyimcə-istəyimcə yaradırdı. Mən, bu əllər və bu ayaqları istəmirəm.

Tanrı bunları neçə funksiyalı da edə bilərdi. Şeyin formasında əl və ayaq yarada bilərdi. Qollarımız şeyin gövdəsi, əllərimiz isə şeyin başı formasında olacaqdı. Qıçlarımız şeyin gövdəsi və ayaqlarımız isə şeyin başı şəklində yaranacaqdı.

Çox bacarıqsız və istedadsız tanrımız var imiş. İnsanı belə yaradan, cənnətlə-cəhənnəmi necə yaradıb görəsən ?

Tanrının bu bacarıqsızlığını neçə qadını ovladığım zaman başa düşməyə başladım. Səhər çağı birinin pambığını dərirdim, günorta çağı başqasının buğdasını biçirdim və bütün şəhərin başı yastıqla-yorğan arasına keçəndə mənim də oram, onun orasına keçir, xurmasının dənəsini dodaqlarım arasında oynadırdım, dodağımla xurmasını ovurdum, oyurdum. Bu cinsi fəhləlik məndən güc aparırdı. Qıçımdan dözüm, belimdən suyum gedirdi.

Buna da bax: Elşən Böyükvənd. Söz haqqında söz

Bu qədər əzab, işgəncə və yorğunluğu sizin istedadsız Tanrınızdan pay almışam. Ovladığım bütün qadınları düzqoş etməy üçün mənə bircə s** verib. Mən şəhvətdə olan birisnə bircə s** yetərli deyil. Buna görə günüm s**imi otarmaqla sovuşub keçir. Mən sizin kimi maska taxmamışam. Gəlinin duvağını götürən kimi içimin duvağını götürüb, sözün qabığını soyuram. İçimi dilim-dilim edirəm. Boşqabda bəzəyib-düzəyirəm siz üçün. Buyurun yeyin.

Söz orasındadır ki, mən oramla yaşayıram, oramla nəfəs çəkirəm, oramla düşünürəm. Şeyimin başına kəpənək kimi fırlanıram. Ol qədər fırlanıram ki qanadlarım yorulur, qanadlarım açılmır. Avar çəkmək kimi bir şeydir s**işmək. Avarı çəkdikcə gövdən qızşmağa başlayır. Damarlarında qan Qır At kimi çapır. Kişi olduğunun, kişilik duyğusunun ləzzətini çıxarırsan. Nəfəs, nəfəs, nəfəs, nəfisnin enib-qalxması, ürəyinin döyünməsi çırpınmağa çevriləndə nəyin nə qədər ləzzət verici olduğu haqda tövşünü dərə-dərə düşünməyə başlayırsan.

Mən avar çəkmək istəyirəm. Şəhvət dənizində ol qədər avar çəkəcəyəm ki, avarda aman diləsin, aman da.

Tehran: 2011/7/26

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG