Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:43

'Ondan başqa kimsə bu sözləri desəydi əngi-başını əzərdim'


İran Azərbaycanından olan yazıçı Elşən Böyükvənd.
İran Azərbaycanından olan yazıçı Elşən Böyükvənd.

"Səni sevən birisi olsaydı narkotik maddəyə qurşanıb gəncliyini siqara tüstüsü kimi göyün boşluğuna üfürməzdin. Sənə yazıqlığım gəlir. Onu bunu alçaltmağının əsas illəti, həyatında bircə dəfə olsun belə qarşılıqlı sevgini dadmamağındadır".

Elşən Böyükvənd

Dərilmək-Qoparılmaq

(hekayə)

Muğan günəşi şıdırğı ilə yağırdı. Yalnız yağış yağmaz, günəşində istisi yağa bilər. Özü də bürkülü hava ilə qızmar günəşin istisi bir-birinə elə qarışıb elə yağar, lap d***ğın bişər, budlarının arası suluqlayar. İsti başının içinə sızdıqca yanaqlarından al qırmızı lalələr göyərər və sən hansısa utanqac uşaq kimi gözlərini günəşin gözlərinə dikməkdən çəkinərsən. Yağış damcılarının torpağa hopması kimi muğan günəşi insanın içinə, ürəyinə və ruhuna hopar.

Qan-tər içində, tövşünü dərmədən yürüyürdü. Başının tükünü qırxmışdı. Üzü sınıq-salxaq əski saxsı kimi öz cizgilərini qabardırdı. Elə bil üz cizgiləri bir-birinə tikilmiş dodaq idi. Tikiş sapını söküb çığırmaq istəyirdi üz cizgiləri, nəyisə kimsələrə bağırmaq istəyirdi üz cizgiləri. Nə qədər, çatlaqlarla dolu saxsı bir qabın bütün incəliklərini gözümlə süzməyə çalışsamda, nələrsə çatışmırdı, düyünlərin hamısını aça bilmirdim.

Buna da bax: Həmid Arğış. Qarlı Ərk

Boyu boyumdan uca olduğu üçün onun hər bir addımı qarşılığında iki-üç addım atmalı olurdum. Var gücü ilə tələsik və gərginliklə addımlayırdı. Adama elə gəlirdi ki, zamanı itirməkdən qorxurdu. İtirdiklərini andıqca, daha qıvraqlıqla yeriyirdi.

Birdən-birə dedi,- bu gənc yaşımda qazancım nə olub şair ? itirdiyim nəsnələr, unutduğum xatirələr, üzülüşdüyüm arxadaşlar və aldığım sarsıdıcı zərbələrdən başqa. İtirdiklərimdən savayı, başqa qazancım olubmu, dedi ?

- Hə, ingilis, rus, fransız, alman və ərəb dillərini öyrənmisən. İngilis dili tərcüməçiliyi üzrə lisans almısan. Öz tay-tuşlarından daha savadlı, daha ziyalı birisisən, dedim.

- Bunların harası uğur, qazancdır? dedi. Dil bilmək, özgə dilləri öyrənmək bir bacarıqdır. Əkinçilik, şairlik, yazıçılıq, həkimlik və fəhləliyi öyrəndiyin kimi özgə dilləridə öyrənə bilərsən. Əlbəttə, normal səviyyədə istedadın və milçək qədər sırtıqlığın olmuş olsa, deyib, uca səslə güldü.

Neçə il bundan öncə gördüyüm şişman gövdəsi günü-gündən çəlimsiz bir bədənə çevrilmişdi. Gözləri çuxura düşmüşdü. Dönüb mənə baxanda ya qarşı-qarşıya dayananda gözlərinin içindən kimsənin əlləri mənə tərəf uzanırdı. Gözünün əlləri yaxamdan yapışır, baxışımın küçələrini, dolanbaclarını yoxlayırdı, sanki.

Buna da bax: E. Böyükvənd. Bağçalarda basdırılan, təndirlərdə yandırılan kitablar

- Addımladıqca ürəyim toxdayır. Dərdlərim sevgi, seks və pulla ovudulmur, heç demişdimmi sənə? deyir. Didərgin, yuvasız bir adama addımlamaqdan daha ürəkaçan nə var bu dünyada? Göyün gözləri altında hamı azadcasına addımlayır. İnsanlar yalnız və yalnız addımlayan zaman bərabərlik öz yerini tapa bilir. Bu dünyada müsavat təkcə səkilərdə gərçəkləşə bilər. Rahatca yerimək hüququndan başqa hankı ədələt öz yerini tapıb bu xaraba qalmış ölkədə? deyir.

Sağı-sola, solu-sağa sarıdığına gülümsəyir. Özünü ağıllı sayan adamları lağa qoymaq ən böyük əyləncəsidir. Missiyam budur, deyir. Ənənənin və qanunların gülünc üzünə tüpürmək bacarığın olsun, mənə tərəf əyilərək, astaca pıçıldayır qulağıma.

- Bir mənə bax, dön bax. İçində yaşadıb-böyütdüyün nifrət uşağı böyüyüb artıq, gözlərindən üzümə sillə nallayır. Qapa, qapa gözlərini. Baxışından elə ürkürəm lap sən atandan qorxduğun kimi. Az bax mənə əyəəə, qızların g***nə zillən, gözünü s***m sənin, baxma mənə deyirəm, çığrır.

- Nə olub? Tehrandan qayıdıb gələndən sənə nə gəlib, Behnam? Mənə dediyin sözləri başa düşə bilmirəm. Olan-qalan abrımı da sənmi aparırsan? Birdə deyirsən ki, niyə kimsə mənlə gəzib dolanmır? Kim sənlə gəzər ki? Saçını, qaşını əcayib formaya salıbsan, geyimin də ki, bərbaddır. Özünü dəli Səfər, dəli Mülkəlinin gününə salmısan.

- Bax şair, sənin kimi a***q yalayan birisi məni başa düşə bilməz. Sən s***n uzunluğu və yoğunluğu boyda bir dünyada, bir misrada ilişib qalmısan. Mən isə, uzun-uzun roman cümlələri uzunluğu və dərinliyində. Dilçiliklə uğarşanların baxış coğrafiyası geniş olar, canım-gözüm. Hankımız dərin, hansımız dayazıq? Gecə yazdığım hekayədən bir neçə parçanı oxusan, mənim necə bir yazıçı olduğumu anlayacaqsan, deyir.

- Cancığazım, ölüşkəmiş badmıcana oxşar zavallı yazıçım! Misra var cahan yüklü, misra var saman yüklü. Mənim misramın açdığı pəncərədən özünü göstərən düzənlik eləsinə ucsuz-bucaqsızdır ki, baxdıqca baxmağın gələr, daldıqca batmağın gələr. Sən sevgi, vurğunluğu dadsaydın ruhunu Zahidan günəşi altında qovurmazdın. Səni sevən birisi olsaydı narkotik maddəyə qurşanıb gəncliyini siqara tüstüsü kimi göyün boşluğuna üfürməzdin. Sənə yazıqlığım gəlir. Onu bunu alçaltmağının əsas illəti, həyatında bircə dəfə olsun belə qarşılıqlı sevgini dadmamağındadır. Həyatın və varlığın kökü eşqdə-sevgidədir. Səndə vurğunluq duyğusunun kökü quruyur, deyəsən. Bircə dostun belə qalmayıb. Məni də acı dilinlə sancır, atmaca atırsan.

- Özünü nə sanırsan şair? Şirəsi qutarmış hörümçək gününə qalacaqsan. Bilirsənmi? Toruna düşən, ilişən qızların, gövdəsi və a***ğından savayı sənə verəcəyi nələri var ? İş orasındadır ki sən öz çevrənə belə tor toxuya bilməyəcəksən. Torsuz hörümçəyə çevriləcəksən. Mənim halıma gülmə şair, öz bədbəxtliyin haqda düşün. Ömründə bircə gün belə işləyib pul qazanmayıbsan. Evin arsız sonbeşiyi olubsan. Mən isə eşşək kimi işləmişəm, dərs oxumuşam, ali təhsil almışam. Sən isə, yeyib-içib, yazıb-oxuyub, arsızcasına yatıbsan.

Buna da bax: İranda ideologiyadan ədəbiyyatın köməyilə necə qorunurlar?

- Gülür, bərkdən, elə gülür ki, məndə gülürəm. Sözünü elə ürəkdən deyir ki, ürəyimə yatır. Ondan başqa kimsə bu sözləri mənə desəydi yəqin ki əngi-başını əzərdim ya da üstünə qara qələm çəkərdim.

- Şair ruhumu Zahidan günəşi qovurandan sonra içimdəki tonqalın odunu bitmək, tükənmək bilmir. Günəşin qarşısında başıuca durduğum, gözlərinin içincə dim-dik baxdığım bundandır. Sən s**nə ilişib qalmısan, yüyənini çək o yırtıcı quduz köpəyə çevrilmiş s***nin, bağırır.

- Yüyənsizdir başı bəlalı əsgərimin. Gecələr nallarının tapdağı altında bütün otağım titrəyir, deyriəm.

Elə gülürdü ki, hamı bizə baxırdı parkda. Eləsinə qızğın-alovlu mübahisə edirmişik ki Muğan kino zalının yanındakı parka gəlib çatdığımızdan xəbərsiz imişik.

Ağacdan düzəldilmiş oturacaq arxasında oturduqdan sonra Behnamın qara dönmüş üzünə, gözüm düşdü. Çuxura düşmüş gözləri titrəyir, dodağının rəngi qaçmışdı. Üzünün qaraşın dərisinə qatıq yaxılmışdı elə bil. Alız mal-qara kimi ağzından köpük-köpük su gəlirdi.

Dərilməyi deyil, saplağını budaqdan qoparmağı seçmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG