Azərbaycan dövlət başçısı İlham Əliyev aprelin 22-də Avstriyanın keçmiş prezidenti Heinz Fischer-i qəbul edib.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı iki ölkə arasında əlaqələrin qurulmasının 25 illiyi dəyərləndirilib. Bu illər ərzində Azərbaycan ilə Avstriya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla xatırlanıb.
Buna da bax: Qeyri-rəsmi milyarderlər ölkəsi
Görüşdə, həmçinin Avstriyanın ATƏT-də sədrliyinin prioritetləri ətrafında məsələlər də müzakirə edilib.