Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 23:57

“Azərbaycan Kosovonun müstəqilliyini tanımır və birtərəfli elan olunan müstəqillik beynəlxalq hüquqa ziddir”.

Aprelin 20-si Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən konfransındakı çıxışında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev belə deyib.

Komitə sədri Azərbaycanın Kosovonun ÜGT-yə üzvlüyü ilə bağlı mövqeyini açıqlayıb.

Buna da bax:​ Atifete Jahjaga:“Kosovonun müstəqilliyi əbədidir”

O, bu məsələnin ÜGT-nin 2012-ci ildə keçirilən sessiyalarında qaldırıldığını, məsələnin müzakirəyə çıxarılmasını doğru hesab etmədiklərini xatırladıb. A.Əliyev deyib ki, Azərbaycan da ərazi toxunulmazlığı problemi ilə üzləşib. ÜGT-nin siyasi məsələlərin meydanına çevrilməsi yolverilməzdir.

“ÜGT-nin qarşısında həlli vacib problemlər durduğu halda, gömrük məsələləri üzrə dövlətlərin əməkdaşlığı üçün yaradılmış bir təşkilatın iclaslarında siyasi məsələlərə yer ayrılmamalıdır. Üstəlik, Kosovo ilə bağlı məsələ 2012-ci ildə ÜGT-nin Siyasi Komissiyasında müzakirə olunub. Kosovonun təşkilata üzvlüyə qəbul edilməməsi barədə qərar verilib. Bu qərar qüvvədə olduğu üçün Azərbaycan tərəfi üzvlük məsələsinin yenidən müzakirəyə çıxarılmasını məqsədəuyğun saymır”, A.Əliyev bildirib.

Konfransda ÜGT-nin fəaliyyət dairəsinə aid məsələlər müzakirə olunub. Tədbir bu gün, aprelin 21-də başa çatacaq.

Buna da bax: Kosovo ordu yaratmaq istəyir

Xatırlatma

Kosovo 2008-ci il fevralın 17-də birtərəfli qaydada Serbiyadan ayrılaraq özünün müstəqilliyini elan edib. Serbiya, eləcə də onun müttəfiqi olan Rusiya Kosovonun müstəqilliyinə qarşıdır. Onun beynəlxalq birliklərdə təmsilçiliyinə maneələr yaradır.

Kosovonun müstəqilliyini ABŞ və Avropa Birliyinin əksər üzvləri də daxil olmaqla 110-dan çox ölkə tanıyıb.

Azərbaycan isə həmişə Kosovonun müstəqilliyinin əleyhinə olub və Serbiyanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan Kosovonun Qarabağ münaqişəsindən ötrü prezident rolu oynaya biləcəyindən ehtiyatlandığını bəyan edir.

Buna da bax:​ Kosovo və Serbiya liderləri razılığa gəliblər

Ancaq bəzi müxalifət partiyaları fərqli düşünür. Onlar hesab edirlər ki, bu iki məsələni eyniləşdirmək düzgün deyil. Azərbaycan hakimiyyəti sadəcə Rusiyanın mövqeyi ilə hesablaşır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG