Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 22:52

Erdoğan Trump-la mayda görüşəcəyini deyir


R.T.Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan gələn ay ABŞ-a səfər edəcəyini və prezident Donald Trump-la görüşəcəyini deyir. Bu, iki liderin Trump yanvarda prezidentliyə gələndən ilk görüşü olacaq.

Erdoğan aprelin 20-də türk mediasına müsahibəsində deyib ki, Trump-la görüş mayın 16-17-də, Türkiyə liderinin Çinə səfərindən sonra baş tutacaq. «Mayın 15-də Çinə, daha sonra Birləşmiş Ştatlara səfər edəcəyəm», – o söyləyib.

Səfərlə bağlı Ağ evdən məlumat gəlməyib.

Erdoğan-ın səfəri ona Obama administrasiya ilə çətin dönəmdən sonra Trump-la münasibət qurmaq fürsəti verəcək.

Obama administrasiya Erdoğan-ı insan haqlarının durumuna görə tənqid edirdi. ABŞ-ın İraqda və Suriyada kürdlərə dəstəyi isə Ankaranı qəzəbləndirirdi.

Türkiyə Vaşinqtondan Pensilvaniya ştatında yaşayan ilahiyyatçı Fethullah Gülen-in ekstradisiyasını istəyir, onu ötənilki uğursuz çevriliş cəhdinin təşkilində suçlayır. Gülen ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG