Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:18

Cəbhə bölgəsində kollegiya iclası keçirilib


Hərbi təlimlər.

Müdafiə Nazirliyinin rəhbərliyi aprelin 21-də hərbi təlimlərin nəticələri ilə bağlı cəbhə bölgəsində kollegiya iclası keçirib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, kollegiya iclasında məsul şəxslərin çıxışları dinlənilib. Daha sonra müdafiə naziri Zakir Həsənov «Silahlı Qüvvələrin 2017-ci qış tədris dövrünün birinci rübündə xidməti döyüş fəaliyyətinin nəticələri» mövzusunda məruzə edib.

Təlimlərin nəticələrini də təhlil edən nazir qarşıya qoyulan məqsəd və vəzifələrin uğurla yerinə yetirildiyini söyləyib.

XATIRLATMA

Aprelin 16-da Silahlı Qüvvələrin genişmiqyaslı təlimlərinə start verilib.

Təlimlərin məqsədi qoşunların tapşırıqlara hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması olub.

Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-ə kimi müxtəlif çaplı raket, artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi, minaatanlar, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası cəlb edilib.

Təlimlər bu gün, aprelin 21-də başa çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG