Keçid linkləri

2017, 27 İyun, çərşənbə axşamı, Bakı vaxtı 04:01

Dortmunddakı hücuma görə saxlanan var


«Borussia Dortmund»un avtobusuna hücum.

İki həftə öncə futbolçuları aparan avtobusa bomba hücumuna görə Almaniya və Rusiya vətəndaşlığı olan bir nəfər saxlanıb. Məlumatı Almaniya rəsmiləri verib.

28 yaşlı şübhəli Sergej W.-nin aprelin 21-də ölkənin cənub-qərbindəki Tübingen şəhəri yaxınlığında saxlandığı bildirilir. Ona qarşı qətl, partlayış törətmə, ağır bədən xəsarəti yetirmə ittihamları irəli sürülüb.

Aprelin 11-də Dortmund şəhəri yaxınlığında «Borussia Dortmund» komandasının avtobusu yaxınlığında 3 bomba partladılıb, bir futbolçu və bir polis işçisi yaralanıb.

Komanda Çempionlar Liqası çərçivəsində oyuna, stadiona gedirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG