Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 19:57

Valyuta mübadilə məntəqələri geri dönür


Bağlı valyuta mübadilə məntəqəsi. dek2016

Milli Məclisin “Valyuta tənzimlənməsi haqqında” qanuna dəyişikliklər ediləcəyi gözlənilir.

Müvafiq qanun layihəsi, artıq hazırlanıb.

Bu barədə AzadlıqRadiosu-na parlamentdən bildiriblər.

Buna da bax:​ Şopinq Festivalında alış-veriş edənlərin çoxu yerlilərdir

Dəyişikliyə əsasən, valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna maliyyə bazarlarına nəzarət orqanından lisenziya almış yerli banklar və xarici bankların yerli filialları malik olacaqlar.

Habelə, lisenziya almış poçt rabitəsinin milli operatoru, lisenziya almış rezident hüquqi şəxs və fiziki şəxslər, qeyri-rezident hüquqi şəxslərin filialları bundan yararlana biləcəklər.

Valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydalarını, obyektlərin yerləşəcəyi əraziləri maliyyə bazarlarına nəzarət orqanı müvafiq icra hakimiyyəti ilə razılaşdırmaqla müəyyən edəcək.

Buna da bax: Neft pullarının xərcləndiyi yerlər

Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınmasından ötrü maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Lisenziya almaq istəyən şəxs bankda xüsusi hesaba müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə girov vəsaiti yerləşdirməlidir.

Azərbaycanda valyuta mübadilə məntəqələri manatın ikinci devalvasiyasından bir ay sonra - 2016-cı ilin yanvarında bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG