Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Fevral, şənbə, Bakı vaxtı 23:52

Şahdağ Milli Parkının Qəbələ bölməsinin Vəndam meşəbəyliyinin 2 saylı dolayında yol uçub.

Bu Qəbələ-Laza avtomobil yolunun 4,4-cü kilometrliyinə düşür.

Aprelin 17-də baş verən olayda avtomobil yolunun sol hissəsi tamamı ilə çöküb.

Buna da bax:​ Qəbələdə ilanların qorxusundan dərs keçmək problemə çevrilib

Bu haqda bu gün, aprelin 18-i Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik uçqunun bölgəyə intensiv və güclü yağışların yağması səbəbindən baş verdiyini, yolda hərəkətin dayandığını bildirir.

Milli Parkın olay yerinə cəlb olunan əməkdaşları müəyyən ediblər ki, uçqunun əhatə etdiyi ərazi yoldan 50-60 metr hündürlükdədir.

Təxminən 4 sota yaxın meşə ilə örtülü olmayan ərazini əhatə edir.

Buna da bax: Lənkərandan şikayət: 'Bələdiyyə sədri payıbəlli torpaqları satıb'

Uçqunla bağlı əlaqəli qurumlar məlumatlandırılıb.

Hazırda yolun açılmasından ötrü təmizləmə işlərinin aparıldığı bildirilir.

Ərazidə təhlükəsizliyin təmin olunması məqsədilə Milli Parkının işçilərinin keşik çəkdiyi deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG