Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 00:58

'Azadlıq' qəzetinin iddiası təmin edilməyib


'Azadlıq' qəzetinin keçmiş redaksiyası

Aprelin 17-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “Azadlıq” qəzeti və “Azadliq. info” MMC-nin Vergilər Nazirliyi yanında Kiçik Sahibkarlıqla İş Departamentinə qarşı iddiası üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iddianın təmin edilməməsi barədə qərar verib.

Məhkəmənin yekunu barədə qəzetin nümayəndəsi Səməd Rəhimov məlumat verib.

Buna da bax:​ 'Azadlıq' qəzetinin əməkdaşları prokurorluqda ifadə verib

Vəkilin sözlərinə görə, “Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru Faiq Əmirlinin cinayət işi ilə əlaqədar baş prokurorun müavini Rüstəm Usubov Nəsimi rayon Məhkəməsinə təqdimat göndərib. Həmin təqdimatda qəzetin vergi fəaliyyətinin yoxlanılması istənilib.

Nəsimi rayon Məhkəməsi 2016-cı ildə təqdimatı təmin edib. Qəzetin 2010-2016-cı illər üzrə fəaliyyətinin yoxlanılması Vergilər Nazirliyinin müvafiq departamentinə tapşırılıb.

“Azadlıq” qəzeti iddia tələbinin dəyişdirilməsi barədə İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Qəzet yoxlamanın “Azadlıq” qəzetinə münasibətdə 2013-2016-cı illəri, “Azadliq.info” MMC ilə bağlı isə onun yarandığı 2015-ci ildən sonrakı dövrü əhatə etməklə aparılması tələbini qoyub. Ancaq məhkəmə iddianı təmin etməyib.

Buna da bax: Qənimət Zahidin qohumlarının cəzası 1 il azaldıldı

Səməd Rəhimov qərarı almadığından əsaslandırmanın nədən ibarət olmasından xəbərsizdir. Qərarı aldıqdan sonra qəzetin səlahiyyətli şəxsləri ilə məsləhətləşib müvafiq apellyasiya şikayəti veriləcəyini bildirir.

“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli 2016-cı ilin avqustunda həbs olunub.

Onun həbsindən sonra qəzet də fəaliyyətini dayandırmalı olub.

Ardınca “Azadlıq” qəzetinin 2010-2016-cı illər fəaliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilib. Qəzetin əməkdaşlarının əksəriyyəti Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Buna da bax:​ 'Azaqlıq' qəzetini çap edən mətbəə bağlanıb

Faiq Əmirli əvvəlcə CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilib.

İstintaq orqanları F.Əmirlini hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edirdi.

Fetullah Güleni Türkiyə rəsmiləri bu ölkədə dövlət çevrilişinə cəhddə ittiham edirlər. O, isə bu ittihamları rədd edir.

Buna da bax:​ Sərhədsiz Reportyorlar: 'Azərbaycanda jurnalistlərin təqibi davam edir'

Bu günlərdə isə Faiq Əmirliyə yeni ittihamlar verilib. F.Əmirli indi də əlavə olaraq Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə) ilə ittiham edilir. O, bütün ittihamları qəbul etmir. Yeni ittihamlarla Faiq Əmirlini 8 ilə qədər həbs gözləyir. Əvvəlki ittihamlar təsdiqini tapdığı halda isə ona 5 il həbs cəzası verilə bilərdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG