Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 02:44

'Azaqlıq' qəzetini çap edən mətbəə bağlanıb


"Azadlıq" qəzeti, 20 mart 2014

Azərbaycanda qəzet nəşri ilə məşğul olan “E-Q” Məhdud Məsuliyyətli Cəmiyyət fəaliyyətini dayandırıb.

Bu barədə Turan-a mətbəənin təsisçisi və direktoru Akif Quliyev məlumat verib.

Əsasən, müstəqil qəzetlərin çapını həyata keçirmiş mətbəə sahibinin deməsinə görə, onları belə addım atmağa vergi yoxlamaları vadar edib.

Son dövrdə baş verən əsassız vergi yoxlamaları, eləcə də digər yoxlamalara görə, bu addımı atmağa məcbur olduq, Akif Quliyev bildirib.

Ötən ilin avqustundan fəaliyyəti dayandırılan “Azadlıq” qəzeti də bayram və istirahət günlərində “E-Q” mətbəsində çap edilirdi.

“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli həbs olunandan sonra mətbəənin rəhbəri də dəfələrlə vergi və prokurorluq orqanlarına çağırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG