Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 04:52

Martın 14-də Sumqayıt Apellyasiya Məhkəməsi “Azadlıq” qəzetinin mühacirətdəki baş redaktoru, «Azərbaycan saatı» televiziya proqramının müəllifi Qənimət Zahidin narkotik ittihamı ilə həbs olunan qohumlarının işi üzrə yekun qərarını elan edib.

Proses bir neçə ay idi ki, uzanırdı.

Məhkəmənin qərarı ilə baş redaktorun qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun 6 illik həbs cəzası 1 il azaldılıb.

Buna da bax:​ 'Azadlıq' qəzetinin şikayəti qəbul edilmədi

XATIRLATMA

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin qohumlarına ötən il iyunun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə baş redaktorun qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidov 6 il azadlıqdan məhrum edilib.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Buna da bax:​ Qənimət Zahidin qohumları ilə bağlı qərar ertələndi

Qənimət Zahid qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu «Azərbaycan saatı» televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

Apellyasiya məhkəməsi gedən müddətdə isə Rüfət Zahidov və Rövşən Zahidov yaxın qohumları Qənimət Zahiddən imtina etdikləri barədə açıqlama vermişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG