Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 01:33

Qənimət Zahidin qohumları ilə bağlı qərar ertələndi


Qənimət Zahid

Yanvarın 18-də Sumqayıt Apellyasiya Məhkəməsi «Azadlıq» qəzetinin baş redaktoru, Turan TV-nin təsisçisi Qənimət Zahidin narkotik ittihamı ilə həbs olunan qohumlarının işi üzrə prosesi yenə də təxirə salıb.

Prosesə sədrlik edən hakim Hüseyn Nəbiyev son qərarın 1 ay sonra elan ediləcəyini bildirib.

Məhkəmə prosesin yubanmasını izah etməyib.

İş üzrə son proses ötən il dekabrın 21-də keçirilib. Həmin prosesdə jurnalistin qohumlarının vəkillərindən Tahir Xanəliyev müdafiə etdiyi şəxslər barədə bəraət hökmünün çıxarılmasını xahiş etmişdi.

Dövlət ittihamını müdafiə edən prokuror isə apellyasiya şikayətinin təmin edilməməsini, jurnalistin qohumları barəsində hökmün dəyişdirilmədən saxlanılmasını istəmişdi.

O vaxt yekun qərarın verilməsi dekabrın 28-nə təyin olunmuşdu. Ancaq proses təxirə düşmüş, yanvarın 18-nə keçirilmişdi.

Bu dəfə məhkəmə prosesi fevralın 17-nə təxirə salınıb.

XATIRLATMA

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin qohumlarına ötən il iyunun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə baş redaktorun qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidov 6 il azadlıqdan məhrum edilib.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qənimət Zahid qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu «Azərbaycan saatı» televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

Apellyasiya məhkəməsi gedən müddətdə isə Rüfət Zahidov vəRövşən Zahidov yaxın qohumları Qənimət Zahiddən imtina etdikləri barədə açıqlama veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG