Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 22:37

Cənub rayonlarında bəzi kəndlər bir gün işıqsız qalıb


Foto arxiv

Aprelin 14-ü ölkənin bəzi cənub rayonlarında elektrikin kəsildiyi bildirilir.

Buna güclü küləyin səbəb olduğu bildirilir.

Lerik rayonun Veri kənd sakini Azər Kazımzadə Azadlıq Radiosuna vəziyyəti belə izah edib:

”Tükəband,Qələbin,Əliabad,Küsəkəran,Babaküçə,Hamrat,Veri,Daştəser,Siyov və sairə kəndlərində işıq kəsilib. Bütün günü işıqsız qalmışıq. Elə yerlər var ki, orda elektrik dirəkləri sovet dövründən qalıb. Külək, yağış, qar yağan kimi problemlər yaranır.”

Lerik rayon icra hakimiyyəti başçısının müavini,fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun deməsinə görə isə, artıq problem aradan qaldırılıb:

“Külək oldu, elektrik xətlərində qırılmalar baş verdi. Hazırda xətlər bərpa olunub. Rayonun bütün ərazisində elektrik enerjisi var.”

Eyni vəziyyətin qonşu Masallı rayonunda da yarandığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG