Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 12:38

“Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirlini həkimlər müayinə ediblər.

Bu haqda AzadlıqRadiosu-na təcridxanada onunla görüşən vəkili Fəxrəddin Mehtiyev məlumat verib. F.Mehdiyev müdafiə etdiyi şəxslə aprelin 13-də görüşüb.

Vəkil bildirib ki, F.Əmirlini səhhətindəki problemlərinə görə, 1 saylı Bakı İstintaq Təcridxanasında həkimlər müayinə edib.

Buna da bax:​ 'Azaqlıq' qəzetini çap edən mətbəə bağlanıb

F.Əmirlinin müalicəsinin davam etdirildiyini qeyd edən vəkil onun öd kisəsində, eləcə də qara ciyərində problemlərin olduğunu bildirib.

“Bunu təcridxananın tibb müəssisəsində də təsdiqləyiblər”, vəkil deyib.

2 aydan artıqdır ki, F. Əmirlinin yaxınları, vəkilləri onun sağlığında ciddi problemlərin olduğunu deyirdilər.

Xatırlatma

Faiq Əmirli ötən il avqustun 20-də saxlanıb.

Buna da bax: Xanımı Faiq Əmirli ilə görüşüb

O, CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

AXCP isə Faiq Əmirlinin həbsini siyasi sifariş sayır.

Türkiyədə hakimiyyət çevrilişinə cəhddə ittiham edilən F.Gülen de ona ittihamları qəbul etmir.

Buna da bax:​ Faiq Əmirlinin həbs müddəti də uzadılıb

Faiq Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı da dayanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG