Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 14:49

Bu gün, martın 3-ü Nəsimi rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq ” qəzetinin yayım direktoru Faiq Əmirlinin həbs müddətini artırıb.

F.Əmirli barəsində seçilmiş həbs qətimkan tədbirinin və istintaqın müddətinin uzadılması barədə prokurorluğun təqdimatına baxan məhkəmə onu olduğu kimi təmin edib. Həbs müddəti daha 3 ay artırılıb.

Müdafiə tərəfi qərardan şikayət verəcək.

Bu gün, martın 3-ü AXCP fəalı Fuad Əhmədlinin də həbs müddəti 3 ay artırılmışdı.

Buna da bax:​ Maşın qaytarılmır, Faiq Əmirlinin xanımı məhkəməyə üz tutdu

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-da saxlanılıb. O, Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

İstintaq orqanları onu ABŞ-da yaşayan türkiyəli din xadimi Fethullah Gülen-in nümayəndəsi kimi təqdim ediblər.

Ancaq sonradan onu ancaq «Azadlıq» qəzetinin maliyyə mənbələri ilə bağlı suallar verildiyi bildirilir.

Buna da bax: 'Azadlıq' qəzetinin daha iki əməkdaşı dindirilib

F.Əmirlinin həbsindən sonra “Azadlıq” qəzeti fəaliyyətini də dayandırıb.

Həmkarları hesab edir ki, həbsin səbəbi hakimiyyətin «Azadlıq» qəzetini susdurmaq və AXCP rəhbərliyinə təzyiq göstərmək niyyəti olub.

Bir müddət öncədə F.Əmirlinin mədə ağrılarından əziyyət çəkdiyi, yediklərini qaytardığı bildirilirdi.

Buna da bax:​ Faiq Əmirli buraxılmadı

Türkiyənin hakimiyyət orqanları Fethullah Gülen-i ötən ilin iyulunda bu ölkədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırır. F. Gülen isə bu ittihamları yalanlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG