Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 07:41

'Azadlıq' qəzetinin daha iki əməkdaşı dindirilib


"Mənə elə gəlir ki,"Azadlıq" qəzetinin min yaşı var"
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

"Mənə elə gəlir ki,"Azadlıq" qəzetinin min yaşı var"

Bu gün, fevralın 22-də «Azadlıq» qəzetinin köşə yazarı Şahvələd Çobanoğlu və əməkdaşı Təzəxan Mirələmli Baş Prokurorluğa çağrılıb.

Bu haqda jurnalistlərin özləri bilgi veriblər.

Hər iki jurnalist prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində olublar. Müstəntiq onlara qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi suallar verib.

Jurnalistlər dindirmə ilə bağlı təfsilatlı bilgi verməyiblər.

Fevralın 18-dən 21-nə kimi «Azadlıq» qəzetinin 7 əməkdaşı - Rövşən Hacıbəyli, İlham Hüseyn, Aytən Məmmədova, Elşən Şirinov, Vidadi Məmmədov, Xalid Qarayev və Fizzə Heydərova prokurorluqda müstəntiqin suallarını cavablandırmalı olmuşdular.

«Azadlıq» qəzetinin əməkdaşları bu qəzetin kommersiya direktoru Faiq Əmirlinin həbsindən sonra istintaqa cəlb ediliblər. Onlar bundan əvvəl də F.Əmirlinin cinayət işi ilə bağlı dindiriliblər.

XATIRLATMA

Ötən il avqustun 20-də saxlanan F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

Faiq Əmirli «Azadlıq» qəzetinin maliyyə direktoru olmaqla yanaşı, AXCP sədrinin köməkçisi vəzifəsini də daşıyırdı. Onun həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Vəkillərinin bildirməsinə görə, F.Əmirlinin həbsindən bir müddət sonra müstəntiqlər ondan qəzetin maliyyə məsəllərini soruşublar. O isə bu məsələnin rəsmi ittiham olunduğu maddələrə aid olmadığını səbəb göstərərək, suallara cavab verməkdən imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG