Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:17

Faiq Əmirli buraxılmadı


Faiq Əmirli
Faiq Əmirli

Bakı Apellyasiya Məhkəməsi fevralın 16-sı «Azadlıq» qəzetinin keçmiş yayım direktoru Faiq Əmirlinin sağlıq problemi ilə bağlı ev dustaqlığına buraxılması barədə şikayətini təmin etməyib.

Bunu AzadlıqRadiosuna F.Əmirlinin vəkili Aqil Layıcov bildirib.

Vəkil F.Əmirlinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsini əsassız sayıb: «Biz ümidli idik ki, dövlət başçısının cəzanın humanistləşdirilməsi ilə bağlı fərmanından irəli gələrək bu addımı ata bilərlər, amma olmadı».

Vəkil F.Əmirlinin azad edilməməsindən ötrü məhkəmənin gətirdiyi arqumentləri ümumi şablon yanaşma kimi dəyərləndirib: «Nə bilim deyirlər ki, F.Əmirli qaça bilər, istintaqa təzyiq edə bilər və s. Daha qəbul etmək istəmirlər ki, F.Əmirli ictimai imici olan şəxsdir. Digər tərəfdən F.Əmirli hansı imkanlara sahibdir ki, istintaqa təsir göstərə bilsin».

Buna da bax-Prezidentdən çoxdan gözlənilən qərar gəldi [video]

AXCP sədrinin köməkçisi F.Əmirli mədə xəstəliyindən əziyyət çəkir. Həbs olunduqdan sonra xəstəliyinin daha da ağırlaşdığı bildirilir.

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-da saxlanıb. O, CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır.

F.Gülen Türkiyədə ötən il iyulun 15-i baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılır. Hazırda ABŞ-da yaşayan F.Gülen Türkiyə rəsmilərinin bu iddialarını yalanlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG