Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:17

Xanımı Faiq Əmirli ilə görüşüb


Vəkil Aqil Layicov və Faiq Əmirlinin xanımı Lalə Əmirli

Bu gün, martın 23-də “Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirli ilə xanımı Lalə Əmirli görüşüb.

Bu haqda L. Əmirlinin özü məlumat yayıb.

Onun sözlərinə görə, F.Əmirli hər kəsə salamlarını, bayram təbriklərini göndərib.

Buna da bax:​ Məhkəmə Faiq Əmirlinin şikayətini rədd edib

Xanımının deməsinə görə “Azadlıq” qəzetinin maliyyə direktorunun səhhətindəki problemlər, hələ də qalır. Lalə Əmirli deyir ki, Faiq Əmirlinin mədəsindəki ağrılar keçməyib:

“Səhhəti belədir, cibində sellofanla gəzir. Qaytarır deyə, belə edir”, xanımı bildirib.

Novruz bayramı ilə bağlı iş günü olmadığından Penitensiar Xidmətdən Faiq Əmirlinin xanımının bu açıqlamalarına münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl də onun mədə ağrılarının olduğu bildirilirdi. Vəkilinin açıqlamasına görə, onun təcridxanada aldığı müalicə effekt vermir. Müdafiə tərəfi Faiq Əmirlinin ev dustaqlığına buraxılmasını istəyirdi. Ancaq məhkəmə bu istəyi gerçəkləşdirməmişdi.

Xatırlatma

Faiq Əmirli ötən il avqustun 20-də saxlanıb.

Buna da bax: Faiq Əmirlinin həbs müddəti də uzadılıb

O, CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

AXCP isə Faiq Əmirlinin həbsini siyasi sifariş sayır.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F. Güleni Türkiyə rəsmiləri bu ölkədə ötən il iyulun 15-də baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırırlar. Fethullah Gülen bu iddiaları yalanlayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG