Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:13

Kiyev şəhər bələdiyyəsinin rəhbəri Vitali Klitschko Bakıya səfərə gəlir. Aprelin 13-dən 14-nə kimi davam edəcək səfər Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun dəvəti ilə baş tutacaq.

Bu haqda Kiyev meriyasının internet səhifəsi xəbər verir.

Səfərdən öncə Vitali Klitschko Azərbaycanla əlaqələrə böyük önəm verdiklərini ifadə edib.

Buna da bax:​ Kiyev deyir ki, ABŞ ona “Rusiya təcavüzünə” qarşı dəstək verir

“20 ilə yaxındır ki, Kiyev Bakı ilə qardaşlaşmış şəhərdir. Bakı infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı önəmli addımlar atıb, bu sahədə yaxşı təcrübəyə sahibdir. Bununla bağlı təcrübə mübadiləsi bizə faydalı ola bilər”, – deyə Vitali Klitschko səfər öncəsində bildirib.

Onun səfər proqramına yüksək səviyyəli rəsmilərlə görüşlər, habelə Fəxri Xiyabanın, Dövlət Bayrağı Meydanının ziyarət edilməsi də daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG