Keçid linkləri

2017, 24 İyun, şənbə, Bakı vaxtı 07:39

Tillerson:"Açıq fikir mübadiləsi gözləyirəm"


Rex Tillerson və Sergei Lavrov

ABŞ Dövlət katibi Rex Tillerson aprelin 12-də Moskvada Rusiyanın xarici işlər naziri Sergei Lavrovla görüşüb.

AzadlıqRadiosunun məlumatına görə, Tillerson görüşün əvvəllərində bildirib ki, ABŞ-la Rusiya arasındakı münasibətləri daha yaxşı müəyyən eləmək üçün açıq fikir mübadiləsi gözləyir.

Tillerson iki ölkə arasında kəskin fikir ayrılıqları olduğunu etiraf edib və bildirib ki, ABŞ ümumi maraqları dəqiqləşdirmək və fikir ayrılıqlarının azaldılması perespektivlərini öyrənmək istəyir.

Onun səfər zamanı Moskvanın Suriya rejiminə hərbi və diplomatik dəstək göstərməsi barədə də məsələ qaldıracağı gözlənilir.

RİA Novosti-nin yazdığına görə Kremlin sözçüsü Dimitry Peskovsa deyib ki, Rusiyanı Suriya prezidenti Bashar Asaddan uzaq durmağa çağırmaq “İslam dövləti” qrupu ilə mübarizə və Suriya münaqişəsin din yolla həllindəki problemləri həll etmir və bu uzaqgörənlik deyir.

“İki əsas məqsəd var. “İslam dövləti”nə qarşı mübarizə aparmaq və yaranmış vəziyyətdən çıxış yollarını güc yolu ilə yox, siyasi-diplomatik vasitərlərlə axtarmaq, yəni Suriya probleminin siyasi həllinə çıxmaq. Bu iki əsas məqsədi qeyd etmədən Asaddan uzaq durmaq məsələsini qaldırmağı saymırıq”, Peskov deyib.

O, qeyd edib ki, Bashar Assad Suriyanın legitim prezidentidir, onun komandanlıq etdiyi ordu isə birbaşa beynəlxalq terrorçuluqla mübarizə aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG