Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 05:59

Prezident yol xəritəsi ilə bağlı sərəncam verib


İlham Əliyev sənəd imzalayır.

Prezident İlham Əliyev bu gün, aprelin 11-də “Kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamın məqsədi kənd təsərrüfatı üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi və bu sahəyə investisiya qoyuluşlarının təşviqidir.

Buna da bax:​ 'Azərbaycanda iqtisadi nəzəriyyələr alt-üst olur'

Sənəd “Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icrasına xidmət edir. Sərəncama əsasən kənd təsərrüfatının maliyyələşdirilməsi ilə bağlı təfsilatlı və geniş tədbirlər planı hazırlanmalıdır.

Sərəncamla Maliyyə Sabitliyi Şurasına tapşırıqlar da verilib.

Buna da bax: Minimal əməkhaqqı 300 manat olmalıdır, amma…

Bu ilin əvvəlində prezident iqtisadiyyatın ayrı-ayrı sahələrinə dair strateji yol xəritələrini təsdiq edib. Onlardan biri də “Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” idi.

Sənəddə ölkədə kənd təsərrüfatının inkişaf istiqamətlərindən bəhs edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG