Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 21:26

Komitə və güc orqanları evlərə reyd keçirib


«Yehova şahidləri» qeydiyyatdan keçməyib.

Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və hüquq-mühafizə orqanlarının Qaradağ rayonu ərazisində yerləşən iki ünvanda əməliyyat-baxış tədbiri keçirdikləri bildirilir. Xəbəri komitə yayıb.

Komitə bildirir ki, Lökbatan qəsəbəsində Solmaz Orucovaya məxsus X.İsmayılov küçəsi, 5-ci massiv, ev 18 ünvanında və Sevil Ağaliyevaya məxsus 1594-cü keçid, ev 24, mənzil 52 ünvanında «Yehova şahidləri» qeyri-ənənəvi dini təriqətinin üzvlərinin qanunsuz toplantısı olub.

«Hər iki ünvanda 10-u azyaşlı uşaq olmaqla, ümumilikdə 33 nəfər müəyyən edilib. Həmin dini təriqətin təbliğini ehtiva edən çox sayda dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb və müvafiq qaydada sənədləşdirilib»,- deyə açıqlamada qeyd edilir.

Açıqlamaya, hələlik, sözügedən şəxslərdən münasibət almaq mümkün olmayıb.

ABŞ Dövlət Departamentin Din Azadlığı hesabatlarında Azərbaycanda bir sıra qeyri-ənənəvi sayılan dini icmalara təzyiqlərdən bəhs edilib. Onların arasında «Yehova şahidləri»nin də adı çəkilib. Bu dini icma qeydiyyatdan keçməyib.

İcmanın üzvlərindən Fəxrəddin Mirzəyev hərbi xidmətdən boyun qaçırmaq ittihamı ilə cəzalandırılıb. O, Avropa İnsan Hüquqları Məhkəməsini şikayət verib. Artıq bu şikayət üzrə kommunikasiyaya başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG