Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 12:38

Rusiyanın hərbi-kosmik qüvvələri yaxın vaxtlarda Yeni S-500zenit-raket kompleksi alacaq.

RİA Novosti-nin məlumatına görə, bunuaprelin 8-dəjurnalistlərə hərbi-kosmik qüvvələrin baş komandanı general-polkovnik Viktor Bondarev deyib.

“Biz hər il 5 dəst S-400 zenit-raket və Radio Lokasiya Sistemləri alırıq.Və bu sistemlər daima inkişaf etdirilir,yerimizdə saymırıq və yüksək templə yeni S-500 kompleksləri hazırlanır. Yaxın vaxtlarda o silahlı qüvvələrin ixtiyarında olacaq”, Deyə Bondarev bildirib.

Qeyd edək ki, Rusiya hərbi-hava-kosmik müdafiə akademiyasının rəisi Vladimir Lyaporov bundan əvvəl, silahlı qüvvələrin artıq S-500 zenit-raket kompleksləri üçün mütəxəssislər hazırlamağa başladığını demişdi.

S-500 “yer-hava”tipli zenit-raket sisteminin yeni nəslidir, 600 kilometrlik məsafəni vura bilir.

Bu sistemeyni vaxta saniyədə 7 kilometr sürətlə hərəkət edə bilən 10 ballistik raketi və təyyarələri vura bilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG