Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 16:50

Atəşkəslə bağlı 7 aprel açıqlaması


Qarabağda Azərbaycan əsgəri.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 100 dəfə pozublar.

Bu zaman 60 və 82 millimetrlik minaatanlardan da (12 mərmi) istifadə edildiyi vurğulanır.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarından, Qazax rayonunun Cəfərli, Qaymaqlı Kəmərli, Berd rayonundan da Tovuz rayonunun Ağbulaq kəndi atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan da Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki , işğal altında olan Ağdam rayonunun Nəmirli, Şıxlar, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Tərtər rayonu istiqamətində da Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG