ABŞ prezidenti Donald Trump 3 aylıq maaşını (78 333 dollar) Milli parklar xidmətinə köçürüb.
Bu barədə TASS agentliyi Ağ evin mətbuat katibi Şon Spayserə istinadla məlumat yayıb.
ABŞ-da “Milli Parklar Sistemi” Daxili İşlər nazirliyinə daxildir.
Bu güc qurumu deyil, federal torpaqlardan istifadə və təbii sərvətlərin çıxarılması ilə məşğuldur.
Qeyd edək ki, Donald Terump bundan əvvəl əməkhaqqından imtina eləmiş, onu almayacağını bəyan etmişdi.
ABŞ prezidentinin illik maaşı 400 min dollardır.