Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:37

Abid Şərifovun İsrail xəstəxanasına yerləşdirildiyi bildirilir


Abid Şərifov. May2010.

Ötən həftənin ortalarında Azərbaycan baş nazirinin müavini 77 yaşlı Abid Şərifovun ürək tutması ilə xəstəxanaya aparıldığı bildirilir.

“Turan” Agentliyinin xəbərinə görə, yerli mütəxəssislər müayinədən sonra onun həyatının təhlükədə olduğunu hesab ediblər və baş nazirin müavini İsrailə aparmağı tövsiyə ediblər.

Buna da bax:​ Abid Şərifova aid edilən şirkətdə 106 milyon manatlıq 'buxarlanma'

Onun, İsrailin Hayfa şəhərində yerləşən "Rambam" xəstəxanasına aparıldığı qeyd edilir.

Verilən xəbərə görə, Abid Şərifov xüsusi reyslə aparılıb, "Rambam"a gəldikdə onu artıq, mütəxəssislər qrupu gözləyirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG