Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 07:18

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı bildirir ki, Özbəkistan hökuməti ölkə daxilində və xaricdə vətəndaşlarını qanunsuz olaraq izləyir.

Qurum martın 31-də yaydığı hesabatda vurğulayır ki, hökumət bununla bütün Avropadakı özbəklər arasında qorxu və qeyri-müəyyənlik mühiti yaratmış olur.

Hesabatda «kütləvi izlənilmə»nin təkcə Özbəkistandakı əhalinin deyil, Avropadakı özbəklərin belə insan haqlarına təsir göstərdiyi açıqlanır. Bunu qurumun texnologiya və insan haqları üzrə tədqiqatçısı Joshua Franco deyib.

Sənəddə vurğulanır ki, ölkə daxilində hakimiyyət insan haqları müdafiəçilərinin, jurnalistlərin, siyasi fəalların hər gün hiss etdiyi şübhə mühiti yaradıblar. Amma bu izləmənin təsiri ölkə hüdudlarını aşıb. Xaricdəkilər sevdiklərinə problem yaratmamaqdan ötrü onlarla əlaqə saxlamamağa çalışırlar. Hesabatda bu Orta Asiya ölkəsindəki gizli xidmətin əlindən xaricə qaçan bir neçə ailənin hekayəti nəql olunur.

«Amnesty» qeyd edir ki, insan haqları fəalları, müxalif tənqidçilər, müstəqil jurnalistlər Özbəkistandakı həbslərdən, təqiblərdən, xüsusi qüvvələrin təhdidindən qaçırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG