Nazirlər Kabineti 4401, 4403, 4404 və 4407 əmtəə nomenklaturalı meşə materiallarının (taxta-şalban) 1 kubmetrinin ixracına 1000 dollar gömrük rüsumunun tətbiqi barədə qərar qəbul edib.
Qərar martın 28-də verilib.
Bu qərar qəbul ediləndən (28 mart) 30 gün sonra qüvvəyə minəcək.
Qərarın təşəbbüsçüsü Dövlət Gömrük Komitəsidir.
Ötən il meşə materiallarının ixracı 611.9-dan 2388.2 kubmetrə qədər artıb.
Ekspertlərə görə, hökumət meşələrin qanunsuz kəsilib ixrac edilməsindən narahatdır.