Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:50

Asghar Farhadi "Oscar"la bağlı susqunluğunu pozdu. Yeni filmindən danışdı


Asghar Farhadi Fransada Kann festivalında.
Asghar Farhadi Fransada Kann festivalında.

Məşhur İran rejissoru, “ən yaxşı əcnəbi film” nominasiyasında iki dəfə “Oskar” mükafatı laureatı (“Boşanma”, “Satıcı”) Asghar Farhadi ABŞ prezindenti Donald Trumpın müsəlman ölkələri vətəndaşlarının ABŞ-a girişini məhdudlaşdıran qanununa etiraz əlaməti olaraq “Oskar” mükafatlarının bu ilki təqdimat mərasimində iştirak etmədi. “Satıcı” filminə görə aldığı mükafatı onun adından götürmək üçün səhnəyə iran mənşəli amerikalı astronavt Anousheh Ansari vəvaxtilə NASA ilə əməkdaşlıq etmiş alim-mühəndis Firouz Naderi çıxdı.

Keçən həftə DOHA Kinematoqrafiya İnstitutunun təşkil etdiyi tədbir çərçivəsində ustad dərsləri verən rejissor daha sonra skype vasitəsilə jurnalistlərin suallarını cavablandırıb. A. Farhadi online müsahibəsində “Oskar” mərasiminə qatılmamasının səbəblərindən, Penelope Kruz Javier Bardemin iştirakı ilə İspaniyada çəkməyə hazırlaşdığı yeni filmindən və İranda komediya çəkmək arzusundan danışıb.

Buna da bax: Asghar Farhadi: "Ölkəmin insanlarına ehtiram duyduğum üçün mərasimə qatılmadım"

Asghar Farhadi "Satıcı" filminin baş rol ifaçıları ilə birgə Kann festivalında.
Asghar Farhadi "Satıcı" filminin baş rol ifaçıları ilə birgə Kann festivalında.

O kino dərgisi olan "Variety magazine"yə müsahibə verib. O ikinci dəfə Oscar mükafatına layiq görülməsi ilə bağlı danışarkən deyib ki, bu dəfə özünü əvvəlki dəfəkindən fərqli hiss edir. Çünki, daha ABŞ-a gedib filmini orda təbliğ etməyə ehtiyac görmür. Belə ki, rejissorun fikrincə "Boşanma" artıq kifayət qədər məşhurdur. Həmçinin rejissor "Oscar"ın təqdimatı ilə bağlı ilk günlər ABŞ-a getməyə hazır olsa da sonra prezident Trumpun ölkəyə səyahətlə bağlı bəzi ölkələrin vətəndaşlarına qadağalar nəzərdə tutan qanun layihəsindən sonra fikrindən çəkinib və təqdimetmə mərasimini evindən online izləyib.

"Variety magazine"nin jurnalisti Fərhadi'dən filminin "Oscar" alması üçün ona verilən səslərin Kinoakademiyadakı seçicilərin Trumpın qadağasına etiraz əlaməti olub-olmamasını soruşarkən Fərhadi bunu inkar edib. O fikrini belə əsaslandırır:

"Bütün bunlar baş verməzdən əvvəl “Satıcı” filmi artıq öz səyahətinə başlamışdı. Mən sonra baş verən hadisələrə nəzarət eləyə bilmərəm, amma öz adımdan deyə bilərəm ki, filmin “Oskar”da qalib gəlməsində heç bir haqq-hesab yox idi.Sadəcə mən sözügedən qadağaya, o barədəki düşüncələrimə spontan reaksiya verdim və mərasimə qatılmamaq qərarına gəldim. İnsanların filmə hansı kriteriyalara əsasən səs verdiklərini demək çox çətindi. Kimsə seçicilərin filmə niyə səs verdiklərinibildiyini necə deyə bilər, anlamıram".

Londonun Trafalgar meydanında toplanmış ingilislər Asghar Farhadinin "Satıcı" filminə baxır.
Londonun Trafalgar meydanında toplanmış ingilislər Asghar Farhadinin "Satıcı" filminə baxır.

"Satıcı" filminin "Oscar" qazanmasının İranda necə qarşılanması haqda danışan rejissor deyib ki, iranlıların çoxu bu xəbərdən xoşbəxt olsa da, azlıqda olan bir qrup insan buna siyasi rəng verməyə çalışır və sərt yozumlar edirlər.

Rejissor həmçini bundan sonra çəkəcəyi filmlə bağlı da xəbər verib. O yeni filminini Penelope Kruz və Javier Bardemin iştirakı ilə, ispanca çəkəcəyini deyib.

Buna da bax: "Satıcı" filmiylə Asghar Farhadi bizə deyir: 'İran cəmiyyətini tanıyın'

"Bildiyiniz kimi, mən “Keçmiş” filmini Fransada çəkmişəm, odur ki, xaricdə film çəkmək təcrübəm artıq var. Əslində ispan layihəsini “Keçmiş”dən sonra reallaşdırmalıydım, ancaq qəflətən, son dərəcə şəxsi və yaradıcı səbəblərdən hiss elədim ki, evə qayıdıb İranda film çəkməliyəm. “Satıcı” belə yarandı. İndi yenidən ispan layihəmə qayıtmışam. Hələlik ssenari üzərində işləyirəm. Penelope Kruzla Javier Bardem böyük ulduzlardı, amma mən onlarla dil tapmışam. Bizim çox rahat, dostyana, mehriban münasibətimiz yaranıb. Ssenari də hamımızı ruhlandırır. Odur ki, bu, layihəyə başlamaq üçün yaxşı üsuldu". - deyə Asghar Farhadi bildirib.

Rejissor həmçinin əlavə edib ki, yeni filmində söhbət bir ailədən gedir və film yüz faiz ispanca olacaq. Filmin çəkilişləri önümüzdəki yay başlayacağını da deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG