Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 10:15

Asghar Farhadi: "Ölkəmin insanlarına ehtiram duyduğum üçün mərasimə qatılmadım"


İranlı rejissor Asghar Farhadi "Oscar" mükafatının təqdimat mərasimində.

2012-ci ildə "Xarici dildə ən yaxşı film" nominasiyasında "Ayrılma" filmində görə Oscar alan inranlı rejissor Asghar Farhadi​, bu il də də "Satıcı" filmi ilə Oscar üçün yarışırdı. Ancaq filmin baş rol ifaçısı Taraneh Alidoosti'nin də Oscar mükafatının təqdimatında iştirak etməməsi ilə bağlı yaydığı açıqlamaya əlavə olaraq Asghar Farhadi də açıqlama yaydı.

Buna da bax: "Satıcı" filmiylə Asghar Farhadi bizə deyir: 'İran cəmiyyətini tanıyın'

Donald Trump'ın 7 ölkədən gələn insanlara qoyduğu viza qadağasından sonra sosial şəbəkədə Taranah Alidoosti bu qadağanın irqçi qadağa olduğunu bildirərək Oscar mükafatının təqdimat mərasimində iştirak etməyəcəyini bildirmişdi. Beləliklə Asghar Farhadi də daxil olmaqla "Xarici dildə ən yaxşı film" nominasiyasında yarışmada iştirak edən ən güclü filmin yaradıcı heyyəti yarışmadan kənar qaldılar. Hər kəs "Satıcı" filmi qalib gələrsə rejissorun mərasimdə iştirak etməməsinin necə qarşılanacağını gözləyirdi. Və gözlənilən şey odu və "Satıcı" münsiflər heyyəti tərəfindən "Xarici dildə ən yaxşı film" nominasiyasından mükafata layiq görüldü. Mərasimdə iştirak etməyən rejissor Asghar Farhadi iştirakçılar üçün məktub göndərdi. Məktubda deyilr: "Bu gecə sizlərlə ola bilmədiyim üçün üzr istəyirəm. Mərasimdə iştirak edə bilməməyimin səbəbi hörmətsizcəsinə davranılan ölkəmin insanlarına qarşı ehtiramımdır. Qarşılıqlı anlaşılmaya bu gün həmişəkindən daha çox ehtiyac duyruq".

Günün bütün mövzuları

XS
SM
MD
LG