Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 13:48

Orduxan Teymurxanın qardaşı azadlığa buraxılıb


Orduxan Teymurxan

Hollandiyada yaşayan siyasi mühacir, bloqqer Orduxan Teymurxanın inzibati qaydada həbs edilən qardaşı Xanlar Bəbirov və bacısı oğlu Səbuhi Zeynalov azadlığa çıxıblar.

Bu haqda AzadlıqRadiosu-na onların vəkili Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, bloqqerin yaxınlarının durumu normaldır.

Vəkil Hollandiyada yaşayan bloqqerin yaxınlarının saxlanmasını bilavasitə onun fəaliyyəti, tənqidi düşüncələri ilə izah edib.

Buna da bax:​ HRW O.Teymurxanın ailə üzvlərinə basqıları pisləyir

“Orduxan Teymurxan hesab edir ki, baş verən bütün pozuntulara hüquqi qiymət verilənədək mübarizəsini davam etdirəcək”, vəkil bildirib.

XATIRLATMA

Bu il fevralın 18-dən başlayaraq, Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın 12 nəfər yaxını polisdə dindirilməyə aparılmışdı. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu bildirilirdi.

Ardınca Suraxanı rayon Məhkəməsində bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı.

Buna da bax: 'Azərbaycan polisi bacılarımı, körpəni polisə aparır, İlham Əliyevsə...'

Qərarda iddia olunurdu ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar.

Onların vəkilləri ittihamın qurama olduğunu açıqlamışdı.

Hollandiyada yaşayan bloqqer isə baş verənləri özünün ictimai fəaliyyətinə görə təzyiq olduğunu deyirdi.

Digər saxlananlar isə elə onda buraxılmışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG