Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 21:47

Cəlilabad rayonunda torpaq sürüşməsi aktivləşib


Cənub regionunda torpaq sürüşməsi.

Dünən, martın 21-i Cəlilabad rayonunda sürüşmə sahələrinin yenidən aktivləşdiyi bildirilir.

Bu haqda AzadlıqRadiosu-na yerli sakinlər məlumat veriblər:

“Yeni Cəlilabad-Yardımlı yolu çəkilir. Sürüşmənin aktivliyi də əsasən bu yolda baş verir. Yolda yarğan əmələ gəlmişdi, camaat toplaşıb yarğanı doldurdu. Hazırda problem yoxdur. Sürüşmə əsasən güclü yağış yağandan sonra baş verir”.

Buna da bax:​ Cəlilabadın bir neçə kəndində evlərə təhlükə yaranıb

Cəlilabad rayonun Zəhmətbad kənd məktəbin müəllimi İsrail Quliyevin dediyinə görə, torpaq sürüşməsi evlərindən 10-15 metr aralıda gedir:

“Vaxtı ilə həmin ərazidən evləri köçürdüblər. Ona görə də evlərə təhlükə yoxdur. Lakin sürüşmə gedir...”

Qonşu Sultankənd kənd sakini Dadaş Bayramov da son iki gün ərzində torpaq sürüşməsinin aktivləşdiyini deyir.

Buna da bax: Masazırda torpaq sürüşməsi və uçqun baş verib

“Kəndimiz dağın ətəyində yerləşir. Cəlilabad-Sultankənd yolunun uzunluğu 19 kilometrdir. Bunun 4 kilometrində həmişə sürüşmə olur. Hər dəfə də kənd sakinləri yarğanları doldururlar. Hazırda yol açıqdır. Lakin sabah nə olacaq onu bilmək çətindir”.

Məsələyə, hələlik, yerli hakimiyyət orqanlarının münasibətini öyrənmək mümkün olmayıb.

Cəlilabadda torpaq sürüşməsi olub
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG