Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 09:59

Cəlilabadın bir neçə kəndində evlərə təhlükə yaranıb


Sürüşmə.

Cəlilabad rayonunda sürüşmə zonalarının aktivləşdiyi, bir neçə kənddə evlərin təhlükə ilə üzləşdiyi bildirilir.

«Report»un xəbərinə görə, rayon mərkəzinə yaxınlıqda yerləşən Sadatlı kəndində Yeddi Bulaq adlanan ərazidə bır neçə ev uçmaq təhlükəsi ilə üzləşib. Bəzi evlərin həyətlərində torpaq sürüşməsi nəticəsində iri çatlar əmələ gəlib.

Kənd sakinlərinin deməsinə görə, çatlara qar sularının dolması sürüşməni hər gün daha da artırır. Yerli sakinlər evlərinin sürüşmə nəticəsində uça biləcəyindən narahatdırlar.

Kəndə digər təhlükə isə təpəlik ərazilərdə sürüşən iri torpaq laylarının axaraq evlərə doğru hərəkət etməsi göstərilir.

Mövcud məsələ ilə bağlı kənd sakinləri Cəlilabad rayon Fövqəladə Hallar Komissiyasına məlumat veriblər.

Hələlik, əlaqəli qurumların önləyici tədbirlər görməsi ilə bağlı məlumat yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG