Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 18:13

Müsavat Partiyasının Şəki şəhər təşkilatının inzibati qaydada həbs olunan fəalı Yusif Qarayev bu gün, martın 21-i azadlığa çıxıb.

Bu haqda AzadlıqRadiosu-na Müsavat Partiyasının mətbuat xidmətindən bildiriblər.

Müsavatçı inzibati həbs cəzasının müddəti başa çatdığından sərbəst buraxılıb.

Buna da bax:​ Bir həftədə 19 fəal həbs edilib

Partiyadan şəkili müsavatçının saxlanmasının qanunsuz olduğu, onunla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildiriblər.

Müsavat Partiyası Şəki rayon şöbəsinin Nəzarət Təftiş Komissiyasının üzvü Yusif Qarayev fevralın 24-də saxlanmışdı. Şəki rayon Məhkəməsi polisə tabe olmamaqda günahlandırılan müsavatçını inzibati qaydada 25 sutka müddətinə həbs etmişdi.

Buna da bax: Şəkidə müsavatçıya da 25 sutka verilib

Müsavat Partiyasının bu olay ilə bağlı açıqlamasında isə qeyd edilirdi ki, Y.Qarayevi polis əməkdaşları evindən aparıblar. Üstəlik, bildirildiyinə görə, onun saxlanmasının əsil səbəbi fevralın 19-da mənzilində Müsavat partiyasının zona müşavirəsinin keçirilməsinə şərait yaratması olub.

Fevral ayında Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının rayon şöbələri eyni binada yerləşən qərargahlarından polisin müdaxiləsi ilə çıxarılmışdılar. Onda polis bunu həmin qərargahların yerləşdiyi binanın sahibinin şikayəti ilə izah etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG