Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 07:49

Şəkidə müsavatçıya da 25 sutka verilib


Şəkidə Müsavatın qərargahı.

Fevralın 24-də Müsavat Partiyası Şəki şəhər təşkilatının Nəzarət Təftiş Komissiyasının üzvü Yusif Qarayev saxlanıb.

Bu haqda partiyanın mətbuat xidmətindən bildiriblər.

Şəki şəhər Məhkəməsi polisə tabe olmamaqda günahlandırılan müsavatçını inzibati qaydada 25 sutka müddətinə həbs edib.

Partiyadan bildirilir ki, Yusif Qarayevi polis əməkdaşları evindən aparıblar.

Partiyanın Şəki şəhər təşkilatının sədri Bakıxan Qəribli Yusif Qarayevin həbsinin onun siyasi fəallığı ilə bağlı olduğunu deyib.

Fevralın 19-da Y.Qarayevin mənzilində Müsavatın Divan üzvləri Elman Fəttah və İkram İsrafilin iştirakı ilə partiyanın zona müşavirəsi keçirilib. B.Qəribli həbsin əsas səbəbinin də elə bu olduğunu düşünür.

Məsələyə, hələlik, Şəki rayon Polis Şöbəsindən və məhkəmədən münasibət almaq mümkün olmayıb.

Bu ay Müsavat və AXCP Şəki təşkilatları qərargahlarından da çıxarılıblar. Bundan başqa, AXCP-nin yerli təşkilatından da iki şəxs inzibati qaydada həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG