Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 12:59

Cəbhəçi gənc azadlığa çıxdı


Amil Məmmədzadə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati qaydada həbs cəzası alan fəalı Amil Məmmədzadə bu gün, martın 21-də azadlığa buraxılıb.

Bu haqda AzadlıqRadiosuna partiyanın mətbuat xidmətindən bildiriblər.

Cəbhəçi gənc inzibati həbs cəzası başa çatdığından sərbəst buraxılıb. Azadlığa çıxan gənc həbsinin əsassız olduğunu, polisə tabe olmamaq ittihamının qurama olduğunu bildirib.

A.Məmmədzadəni fevralın 19-da Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşları saxlamışdılar.

Suraxanı rayon Məhkəməsi cəbhəçi gənci polisə tabe olmamaqda günahkar bilib, 30 sutka inzibatı həbslə cəzalandırmışdı.

Yuxarı məhkəmə həmin qərardan verilmiş apellyasiya şikayətini rədd etmişdi.

A.Məmmədzadənin vəkilləri bu iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlayır.

Hazırda AXCP-nin 10-a yaxın üzvü isə uzunmüddətli həbs cəzası çəkir.

Hüquq-müdafiə təşkilatları onları siyasi məhbus sayır. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Hüquq-müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı siyahılarında 150 civarında şəxs yer alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG